Sizin Reklam Burada

Konqres Baydenin impiçmentinə hazırlaşır

Konqres Baydenin impiçmentinə hazırlaşırABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin ailəsinin xaricdəki korrupsiya sxemlərində əli olduğuna görə ona impiçment elan etmək üçün araşdırma aparmaq niyyətindədir.

Bu barədə Konqresin aşağı palatasının spikeri Kevin Makkarti bildirib.

“Bayden prezidentliyə namizədliyini irəli sürərkən amerikalılara heç vaxt biznes haqqında danışmadığını söylədi. O, ailəsinin Çindən bir dollar da almadığını söylədi, lakin indi bunun doğru olmadığını sübut etdik”, - Makkarti deyib.

Onun sözlərinə görə, Bayden Amerika siyasətinin “Riçard Niksonun dövründən bəri görmədiyi” üsullardan istifadə edir.

“O, hökuməti öz ailəsinin maraqları naminə “silahlandırır” və Konqresi nəzarəti həyata keçirmək imkanından məhrum edir”, - Makkarti bildirib.

May ayında ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsindəki Respublikaçılar Baydenin ailə üzvlərinin və onlarla əlaqəli şəxslərin əvvəllər şirkətlər şəbəkəsi vasitəsilə xaricdən milyonlarla dollar aldıqlarına dair sübutlar əldə etdiklərini söyləmişdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər