Sizin Reklam Burada

Danimarkada da Quran yandırıldı

Danimarkada da Quran yandırıldıUltra milliyyətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar.

Avrasiya.net Anadolu agentliyinə istinadla xəbər verir ki, radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb.

“Danimarka vətənpərvərləri” ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.

Xatırladaq ki, Stokholm polisinin İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər