Hücuma hazırlaşan terrorçular məhv edildi
Dərc olunub:
22-07-2023, 08:55
Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçu zərərsizləşdirilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçuları qazdıqları çuxurlara basdırmağa davam edirik. Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunub.