Sizin Reklam Burada

İraq İsveçlə iqtisadi əlaqələri kəsir - Qurana görə

İraq İsveçlə iqtisadi əlaqələri kəsir - Qurana görəStokholmda “Qurani-Kərim”in növbəti dəfə təhqir edilməsi aksiyasından sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırıb.

Avrasiya.net xəbər verir ki, əvvəllər Stokholmdakı mərkəzi məscidin qarşısında “Qurani-Kərim”in nüsxəsini yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabını təhqir edib.

Bu vandal hərəkət İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıb.

Eyni zamanda, İraq hökuməti İsveç səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər