İsrail qırıcıları Suriyanı vurdu - Yaralılar var
Dərc olunub:
19-07-2023, 10:57
Dəməşqdə İsrail qırıcılarının endirdiyi zərbələr nəticəsində Suriya ordusunun iki əsgəri yaralanıb.
Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, zərbə Colan təpələrindən endirilib: "Suriyanın hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vura bilib".