star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misirdə Azərbaycan dilinə maraq artır

Misirdə Azərbaycan dilinə maraq artırBu gün dünyada Azərbaycanı təbliğ etməyin əsas yollarından biri də dilimizin tədrisidir. Uzun İllərdir ki, Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dilini tədris edir.

Onun təsis etdiyi Misir-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyətə başlayandan sonra dilimizi öyrənənlərin sayı gündən-günə çoxalır.

S.Nəsirov açıqlamasında bildirib ki, Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 92 nəfər müraciət edib və onlar üçün açılan əlavə qrupda ilk dərs keçirilib. Həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə təşkil edilən görüşdə misirli gənclərin dilimizə, həmçinin ədəbiyyatımıza böyük marağından məmnunluq ifadə edilib. Eyni zamanda, iki dost ölkə arasında əlaqələrin inkişafından danışılıb, tarixi mənbələrdə azərbaycanlıların ərəb mədəniyyəti və ədəbiyyatının inkişafına töhfələri diqqətə çatdırılıb.

S.Nəsirov vurğulayıb ki, bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də ərəb xəttatlığı, Azərbaycan tarixi və onun görkəmli şəxsiyyətləri mövzusunda məqalə üzrə və “Qurani Kərim”in hafizləri arasında müsabiqələrdir. O, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsabiqələrin qaliblərinin Azərbaycana səfərinin təşkilinin də nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 55 ölkədən 500 dən çox gənc ödənişsiz təhsil alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər