Ukrayna NATO-ya qoşulsa, dünya müharibəsi başlayacaq
Dərc olunub:
13-07-2023, 20:00
Ukrayna müharibə dövründə NATO-ya qoşulsa, dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
Bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Heç kim müharibə dövründə NATO-ya qoşulmur. NATO ölkəsinə hücum Üçüncü Dünya Müharibəsində iştirak etmək anlamına gəlir. Məsələ onların NATO üzv olub-olmaması deyil, alyansa nə zaman qoşula biləcəkləridir”, - deyə Ağ Ev rəhbəri bildirib.