Sizin Reklam Burada

"NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır"

"NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır"NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.

APA xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib.

"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, - deyə Prezident nəşrə bildirib.

Dövlət başçısı qeyd edib ki, Litva artıq Rusiyadan gələn nüvə təhdidlərinə öyrəşib, çünki onları daim eşidir. O vurğulayıb ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra alyans üzvləri müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk ediblər. Bununla belə, Prezident etiraf edib ki, o, bu keçid dövrünün çox uzanacağından ehtiyat edir, çünki vəziyyət çox təhlükəli və qeyri-sabitdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər