Sizin Reklam Burada

Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdı

Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdıTürkiyə İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda parlamentə göndərilməsinə razılıq verib

Avrasiya.net xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib.

"Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam", - Stoltenberq vurğulayıb.

O, NATO-nun da öz növbəsində terrorla mübarizə üçün xüsusi mexanizm və nümayəndə postu yaradacağını vəd edib.

Qərara əsasən, İsveç Gömrük İttifaqının yenilənməsi və vizanın liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə üzvlük prosesini fəal şəkildə dəstəkləyəcək.

“CNN Türk” kanalı qeyd edib ki, Türkiyə parlamenti bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər