Ukrayna ilə Türkiyə arasında hərbi anlaşma - Sənəd imzalandı

Ukrayna ilə Türkiyə arasında hərbi anlaşma - Sənəd imzalandıUkrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinə istinadən xəbər verilir.

Memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin, o cümlədən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır imzalayıblar.

Əməkdaşlığın əsas istiqamətləri arasında, avtonom nəqliyyat vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var.

Memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, böyük strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına kömək edəcək. Sənəd Ukrayna və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər