Sizin Reklam Burada

PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıb

PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıbBirləşmiş Millətlər Təşkilatı (BMT) PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb.

Bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi bildirilib.

Hesabatda Suriyada 2 min 407 uşağın zorakılıqla üzləşdiyi, 1 696 azyaşlının YPG/PKK, PYD tərəfindən döyüşçü və ya müxtəlif məqsədlər üçün istifadə edildiyi bildirilib.

Hesabatda PKK-nın Suriya qolu olan PYD-dən 637, YPG/PKK və PYD-yə bağlı qruplaşmalardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi olunur.

"PYD/PKK-nın uşaqlardan əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və başqa məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarındakı bütün uşaqları azad etməyə çağırıram”, - BMT Baş katibi Antoniu Quterreş qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər