Sizin Reklam Burada

Ərəb mediası Ermənistanın növbəti ekoloji terrora hazırlığından yazıb

Ərəb mediası Ermənistanın növbəti ekoloji terrora hazırlığından yazıbMisir, Səudiyyə Ərəbistanı, Livan, İraq, İordaniya, Əlcəzair, Suriya mətbuatında ərəb ölkələrində yaşayan Azərbaycan icmasının Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsini kəskin şəkildə pislədiyinə dair bəyanatla çıxış etdiyi ilə bağlı məlumat yayımlanıb.

Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşkilatçılığı ilə Azərbaycan icmasının adından yayılan bəyanatda bildirilib ki, soydaşlarımız bu hadisəni Ermənistanın regionda onsuz da qeyri-sabit ekoloji vəziyyəti gərginləşdirmək niyyətinin bariz sübutu kimi qiymətləndirir.

Qeyd edilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi ərəb ölkələrində yaşayan Azərbaycan icmasının dərin narahatlığına səbəb olub.

Mövcud reallıq Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Nəzərə çatdırılıb ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.

Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğu bir daha xatırladılıb. Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına bir müddət öncə Azərbaycanın nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar diqqətə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyəti öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə yaratmaqla məşğul olan Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

Məlumatları aşağıdakı linklərdən oxumaq mümkündür:

الجالية الأذربيجانية : إنشاء مصنع للمعادن على الحدود بين أرمينيا وأذربيجان https://elalmelarby.com/?p=41698

: https://www.aldiplomasy.com/126785/

https://alharir.info/62604-2/

https://newworld-network.online/?p=3825

https://sama-atlantis.online/?p=5588

https://nayrouz.com/article/374876

: https://www.agnaden.net/?p=22534

https://almsaey.akhbarelyom.com/news/newdetails/3399014/1/%D8%A3%D8%A8%D9%86%D8%A7%D8%A1-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%81%D9%89-%D8%A7%D9%84%D8%B9%D8%A7%D9%84%D9%85-%D8%A7%D9%84%D8%B9%D8%B1%D8%A8%D9%89-%D9%8A%D8%AF%D9%8A%D9%86%D9%88%D9%86-%D8%A5

: https://misralbalad.com/%d8%a7%d9%84%d8%ac%d8%a7%d9%84%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d8%a9-%d8%aa%d8%b5%d8%af%d8%b1-%d8%a8%d9%8a%d8%a7%d9%86-%d8%a8%d8%b4%d8%a3%d9%86-%d8%a5/

https://7sadar.com/31780/

https://akhbarelsaa.com/post/557/%D8%A7%D9%84%D8%AC%D8%A7%D9%84%D9%8A%D8%A9%20%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9%20%D8%AA%D8%B5%D8%AF%D8%B1%20%D8%A8%D9%8A%D8%A7%D9%86%20%D8%A8%D8%B4%D8%A3%D9%86%20%D8%A5%D9%86%D8%B4%D8%A7%D8%A1%20%D9%85%D8%B5%D9%86%D8%B9%20%D9%84%D9%84%D9%85%D8%B9%D8%A7%D8%AF%D9%86%20%D8%B9%D9%84%D9%89%20%D8%A7%D9%84%D8%AD%D8%AF%D9%88%D8%AF

https://mostaklon.com/2023/06/19/%d8%a7%d9%84%d8%ac%d8%a7%d9%84%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d8%a9-%d8%aa%d8%b5%d8%af%d8%b1-%d8%a8%d9%8a%d8%a7%d9%86-%d8%a8%d8%b4%d8%a3%d9%86-%d8%a5/

https://wwnewss.com/?p=53642

https://www.alnuhud.com/?p=134044

https://garbnews.net/news/s/225005

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər