Sizin Reklam Burada

Ukrayna əsgərləri Rumıniyaya daxil oldu

Ukrayna əsgərləri Rumıniyaya daxil olduUkraynanın 3 nəfərdən ibarət sərhədçisi qeyri-leqal miqrantları təqib edərkən yanlışlıqla Rumıniya ərazisinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya nəşrləri məlumat yayıb.

Bildirilib ki, silahlı Ukrayna əsgərləri Raxova rayonu ərazisindən Vaser çayını keçərək Rumıniyaya daxil olublar.

İddia edilir ki, ukraynalılar hava şəraitinin pis olması səbəbindən ərazidə öz mövqelərini itiriblər və sərhədi keçdiklərini anlamayıblar. Sonda onları Maramureş bölgəsinin sərhəd polisi tapıb.

"Üç Ukrayna vətəndaşı müdafiə üçün Rumıniya dövlətinə müraciət edib və belə hallarla bağlı müvafiq prosedurlar həyata keçirilib. Ukrayna ekipajı qanuna və iki ölkə arasında bağlanmış ikitərəfli razılaşmaya uyğun olaraq, Ukrayna ərazisinə qayıdıb", - bu barədə Rumıniya sərhəd xidmətinin regional idarəsinin sözçüsü Yuliya Stan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər