Sizin Reklam Burada

Konqresmen Baydenə yazdı: İranla danışıqları kəs!

Konqresmen Baydenə yazdı: İranla danışıqları kəs!ABŞ və İran arasında aparılan danışıqlarla bağlı yayılan xəbərlərdən böyük narahatlığımı ifadə edərək bildirirəm ki, Konqresin koordinasiyası olmadan atılan bu addım sizin hökumətinizin qanunlara riayət etmək niyyətini şübhə altına alır.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol ölkə Prezidenti Co Baydenə yazdığı məktubunda deyib.

O, İranın uranın zənginləşdirilməsi istiqamətindəki təxribatçı hərəkəti barədə xəbərdarlıq edib.

Makkol Tehranın 84% zənginləşdirməyə hazır olmasına və ölkənin geridönməz nüvə bilikləri əldə etməsinə toxunub:

“İranın nüvə proqramını dayandırmaq əvəzinə onu məhdudlaşdıracaq istənilən razılaşma nüvə silahlarının yayılmaması haqqında beynəlxalq müqavilənin zəifləməsinə səbəb olacaq”.

O, İslam Respublikasının Yaxın Şərqdəki dağıdıcı fəaliyyətini də diqqətə çatdırıb:

“İran Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək göstərir. Bu rejim ABŞ torpaqlarında Amerika vətəndaşlarını öldürməyə cəhdlər edib. Bayden hökuməti hərbi önləyici rıçaqlarından istifadə etmək əvəzinə, İranın dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün apardığı danışıqlarla Tehran hökumətini mükafatlandırır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər