Sizin Reklam Burada

ABŞ və İran gizli razılaşması var – Netanyahu açıqladı

ABŞ və İran gizli razılaşması var – Netanyahu açıqladıAmerika İran ilə anlaşma və ya “kiçik razılaşma” əldə edir. Bu razılaşmaya əsasən, bloklanmış vəsaitlərinin sərbəst buraxılması müqabilində İran uranı 60%-dən yuxarı zənginləşdirməyəcək, Vaşinqton-İran arasında məhbus mübadiləsi aparılacaq.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin Müdafiə Komitəsinin iclasında deyib.

O, ABŞ-İran danışıqlarının İsraili dayandırmayacağını bildirib:

“İran rejimi ilə heç bir razılaşma İsraili dayandırmayacaq. İsrail özünü müdafiə etmək üçün hər şeyi etməyə davam edəcək. İsrailə qarşı olan təhlükələrin 90 faizdən çoxu İran və onun proksi qüvvələri tərəflərindəndir”, - baş nazir bildirib.

Amerika rəsmiləri isə İran ilə ABŞ arasında danışıqları inkar edir.

“Haaretz” qəzetinin iki yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ hökumətinin danışıqların gedişini inkar etməkdə məqsədi Konqresdə sazişə səsvermədən çəkinməkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər