Sizin Reklam Burada

PKK-nın çirkin oyunu DEŞİFRƏ OLDU - Qərbdən dəstək almaq bu yollara əl atırlar

PKK-nın çirkin oyunu DEŞİFRƏ OLDU - Qərbdən dəstək almaq bu yollara əl atırlarPKK/YPG terror təşkilatı həbsdə saxladığı İŞİD üzvləri üçün qurmaq istədiyi sözdə “İŞİD məhkəmələri” ilə “dövlət funksiyalarını yerinə yetirə biləcəyini beynəlxalq arenaya göstərmək” və “hüquqi status əldə etməyi” hədəfləyir.

Musavat.com xəbər verir ki, ekspertlər YPG/PKK-nın oyununu deşifrə edib.

Türkiyəli ekspertlər - xarici siyasət və təhlükəsizlik analitiki Ömər Özkızılcık və ORSAM Levant Araşdırmaları Koordinatoru Oytun Orhan PKK/YPG-nin İŞİD məhbusları üçün məhkəmə iclasları başlatma planı ilə bağlı qiymətləndirmələr ediblər.

Özkızılcık bildirib ki, terror təşkilatının bu addımında əsas məqsəd PKK/YPG-nin həbsxanada saxladığı İŞİD üzvlərini mühakimə edərək müəyyən müddətdən sonra bəzilərinin azadlığa buraxılması üçün zəmin hazırlamaqdır.

Təhlükəsizlik analitikinin sözlərinə görə, təşkilatın bununla bağlı 3 səbəbi var:

"Bu, əhəmiyyətli bir detaldır. YPG İŞİD terror təşkilatını uzun müddət yaşatmaq üçün bəzi məhbusların azadlığa çıxmasını istəyir. Məhkəmə prosesinə rəhbərlik edərək İŞİD üzvlərinin azadlığa buraxılması üçün zəmin yaradır.

İkinci səbəb YPG-nin bir dövlət olduğu zaman beynəlxalq arenada öz legitimliyini göstərmək istəməsidir. Bu məhkəmələri həyata keçirməklə sübut etmək istəyir ki, özünüidarə baxımından bütün dövlət funksiyalarını yerinə yetirə bilər”. dedi.

Üçüncü səbəb odur ki, YPG İŞİD-in xarici üzvləri ilə bağlı qeyri-müəyyənlik içindədir və bu təşkilatı narahat edir. Hansı həbsxanada qalacaq, məhkumluğu nə olacaq, onlarla bağlı nə ediləcək - davamlı qeyri-müəyyənlik var. Təşkilat bu qeyri-müəyyənliyi özü üçün aradan qaldırmaq və çox sayda xarici İŞİD üzvünün aqibətinin nə olacağını bilmək istəyir”.

ORSAM Levant Araşdırmaları Koordinatoru Oytun Orhan terror təşkilatının İŞİD-ə qarşı apardığı sözdə mübarizənin hər zaman PKK/YPG-ni qanuniləşdirmək, beynəlxalq dəstək qazanmaq və Qərbin ona olan marağını saxlamaq üçün bir vasitə kimi istifadə etdiyini bildirib.

Orhan qeyd edib ki, "mübarizə"nin hərbi mənada sona çatmasından sonra təşkilatın əlində Qərbə qarşı ən mühüm kozırlardan biri İŞİD silahlılarının saxlandığı həbsxanalar məsələsidir:

“Burada dünyanın müxtəlif ölkələrindən olan vətəndaşlar İŞİD silahlıları kimi fəaliyyət göstərir. Ona görə də onlarla bağlı danışıqların aparılması və onların geri qaytarılması hər zaman qərbin PKK-ya olan marağını yaşatmağa xidmət edir”.

Ekspert əlavə edib ki, zaman-zaman ABŞ-ın Suriyadan çıxması kimi müzakirələrin intensivləşdiyi vaxtlarda İŞİD kartı ortaya atılır, İŞİD təhlükəsi nümayiş etdirilir və beləliklə, ABŞ hərbi varlığını geri çəkməməyə razılaşdırılır.

Təşkilatın məqsədləri çərçivəsində qondarma məhkəmələrin yaradılmasının iki baxımdan mənalı olduğuna diqqət çəkən Orhan sözlərini belə tamamlayıb:

“PKK/YPG-nin hazırda qurduğu strukturun heç bir hüquqi və siyasi statusu yoxdur, faktiki mənzərə yaradılıb və burada qəbul edilən heç bir qərarın beynəlxalq mənada, həmçinin Suriyanın öz hüquq sistemi çərçivəsində qarşılığı yoxdur. Bu, terror təşkilatının hazırda nəzarət etdiyi bölgələrə hüquqi status vermək məqsədi daşıyır. Bu mənada belə məhkəmələrin yaradılması siyasi status qazanmaq, hüquqi baza yaratmaq və Qərbi bu prosesə cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər. Bu, Türkiyə üçün də narahatedici və riskli tərəfdir. Çünki Türkiyə bu de-fakto strukturun Suriyanın gələcəyində yeri olmadığını bildirir və məsələ ilə bağlı mövqeyini müəyyən edib.

Digər tərəfdən, son illərdə PKK/YPG-ə olan marağın azaldığını nəzərə alsaq, görərik ki, xüsusilə Qərb dövlətləri öz vətəndaşları olan İŞİD silahlılarının özlərini deyil, onların ailələrini ölkələrinə qaytarmağa başlayıblar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər