Sizin Reklam Burada

ABŞ Türkiyəyə şərt qoyub

ABŞ Türkiyəyə şərt qoyubABŞ Prezidenti Cozef Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbətində etiraf edib ki, ABŞ Konqresi Ankaraya “F-16” qırıcılarının satışı üçün İsveçin NATO-ya daxil olmasını şərt kimi qoyub.

Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qəzetin Ankara bürosunun jurnalisti Hande Fırat prezidentlər arasında son telefon danışığının müvafiq təfərrüatlarını öyrənə bilib.

Tlefon danışığı mayın 29-da - Ərdoğanın qələbəsi ilə bitən prezident seçkilərinin ikinci turundan sonra olub.

"Bayden bildirib ki, “F-16” qırıcılarının satışında irəliləmək istəyir, lakin Konqres İsveçi şərt olaraq qoyur. Söhbət Türkiyənin Stokholmun alyansa daxil olması ilə bağlı protokolu təsdiqləməsindən gedir” - Hande Fırat bildirib.

Fıratın sözlərinə görə, Amerika lideri Qərbin Ərdoğana qarşı hücumlarını ədalətsiz hesab edir. Baydenin bu tərzdə çıxışı söhbətdə iştirak edən Ərdoğan administrasiyasının üzvlərinin təəccübünə səbəb olub.

Bundan əvvəl, Bayden administrasiyası bəyan edib ki, Türkiyəyə Amerika “F-16” qırıcılarının tədarükünü Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiyası ilə şərtləndirmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər