Sizin Reklam Burada

Xameneinin Britaniyadakı ofisi bağlandı

Xameneinin Britaniyadakı ofisi bağlandıİran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bağlanıb.

Bu barədə "Iran International" məlumat yayıb.

Məlumata görə, Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırdığını elan edib.

Ofisin bağlanma səbəbi haqda ətraflı məlumat verilməyib.

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ofisi kimi tanınan mərkəzdə müxtəlif dini mərasimlər təşkil edilirdi. Son vaxtlar Britaniyada yaşayan iranlılar dəfələrlə İngiltərə İslam Mərkəzinin qarşısına toplaşaraq aksiyalar keçirib, onun bağlanmasını tələb ediblər.

“The Times” qəzeti İngiltərə İslam Mərkəzinin koronavirus pandemiyasının vurduğu itkiləri kompensasiya etmək üçün Britaniya hökumətindən 100 min funt sterlinqdən çox yardım aldığını açıqlamışdı.

Qeyd edək ki, Britaniyadakı şiə təbliğat mərkəzlərindən biri olan İngiltərə İslam Mərkəzi 1998-ci ildə yaradılıb. 2018-ci ildən Mərkəzin rəhbəri İranın Ali Rəhbəri Xameneinin nümayəndəsi Haşim Musəvidir.

modern

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər