Sizin Reklam Burada

“Türk dünyasını Azərbaycansız düşünmək olmaz”

“Türk dünyasını Azərbaycansız düşünmək olmaz”Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Binəli Yıldırım deyib.

“Kamal Kılıçdaroğlu çox çaşqındır, prioritetimizin Qərb olacağını dedi, bir gün sonra da dedi ki, bu, əsrin layihəsidir, böyük icad kimi. Nə Qərb, nə də Şərq türkün yoludur. Türk yoluna baxırıq, Azərbaycan yoxdur. Onun göstərdiyi isə əsrlər boyu mövcud olan marşrutdur”.

B.Yıldırım qeyd edib ki, Orta Dəhliz canlanıb: “Cənub dəhlizi İran vasitəsilə Çinə gedir, Ermənistanla sərhədlərimiz bağlı olduğundan Orta Dəhlizdə Gürcüstanla razılaşdıq, Tbilisidən Bakıya dəmir yolu xətti çəkdik, Orta Dəhlizi canlandırdıq.

Türk dövlətlərini İpək yoluna daxil etdik, şimal yolu Qazaxıstandan keçərək cənuba aparır. Bunlar yeni deyil, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çinə gedən marşrut Bakı-Tbilisi-Qars yoludur və fəal şəkildə istifadə olunur”.

“Mətni (Kılıcdaroğlunun layihəsini-red) oxuyanda o günlərə qayıtdım, Amerika, Ermənistan Bakı-Tbilisi-Qars layihəsinin qarşısını almaq istəyirdi. Gürcüstanda bu layihə baş tutana qədər 4 nazir dəyişdi.

Bəziləri bunu istəmədiyini deyir, bunun arxasında böyük bir hekayə var. Təəccüblü bir şey yoxdur, o dəhlizi Kılıçdaroğluna verdilər, o da böyük həvəslə təqdim etdi, amma türk dünyasını Azərbaycansız düşünmək olmaz”, - Binəli Yıldırım əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər