Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rotterdamda tədbir keçirilib

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  Rotterdamda tədbir keçirilibTədbir, Azərbaycan Respublikası Diasporla İş uzrə Dövlət Komitəsinin dəstəyi, Beniluks Azərbaycanlıları Konqresinin ve Azərbaycan Respublikasinin Niderland Kralligindaki səfirliyinin təşkilatcılığı ilə baş tutub.

İlk olaraq, tədbir, öz işini Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və müstəqillik uğrunda həyatlarını itirmiş fədailərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sonra, Azərbaycan Respublikası və Niderland Krallığının dövlət himni səslənib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dirçəlişində müstəsna xidmətlərini və dövlətçiliyimizin bərpasında böyük işlərini əks etdirən film nümayiş etdirilib.

Daha sonra söz, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova verilib.
O, Ulu Öndərin Azərbaycan Respublikasının Sovet dönəmindən sonra əsas bərpaçısı və qurucusu olduğunu vurğulayıb.
Azərbaycan Milli ordusunun qurulmasında,uzaq görən siyasəti ilə Azərbaycani müasir və güclü ölkəyə çevirə bilməsini qeyd edib
Ulu Öndər Heydər Əliyevin bu siyasətini öğlu İlham Əliyev uğurla davam etdirdiyini iştirakçıların nəzərinə çatdırıb.

l Qarabağ müharibəsi zamanı qaçqınlıq yaşayan xalqımızın aqibətinin həlli yollarını arayan Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən olan əsir və girov götürülmüş şəxslərin geri qaytarılmasında mühüm rolu barədə isə Bakıdan təşrif buyuran qonağımız,
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov danışıb.

O, 1990-1993 cü illər ərzində Ulu Öndərin Ermənistan tərəfi ilə aparıdığl danışıqlar vasitəsilə onlarla girov və əsirgötürülmüşlər geri yaytara bildirdiyini deyib. Həmçini, Sovet dövründən cəzaçəkmə müəssələrində cəza çəkən erməni mənşəli kriminalların Azərbaycanlı əsirlərlə dəyişdirilməsinə nail olduğunu vurğuladı.
Həmçini, Ulu Öndərin Qarabağda şəhid olmuş qəhrəmanlarımızın nəşlərinin münaqişə bölgəsindən çıxarılmasındaki zəhmətini vurğulayıb.

Daha sonra söz, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri cənab Rəhman Mustafayevə verilib.

Gənc kadr olduğu halda Ulu Öndərlə müstəsna çalışan Cənab Səfir, Azərbaycanın dirçəlişində, o dövrdə xalqımızın qarşısında durmuş iqtisadi və siyasi böhranın həllində qəbul etdiyi mühüm qərarlar barəsində söhbət açıb.

Ulu Öndər Heydər Əliyevin xarici siyasət prinsiplərin nəzərə çatdıran Səfir Rəhman Mustafayev, bu kursun, indi, onun oğlu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulaylb.

Daha sonra Ulu Öndər barədə ürək sözlərilə Niderlandda yaşayan və fəaliyyət göstərəm görkəmli rəssam Rasim Hüseynov çıxış edib.

Belçika Niderland Koordinasiyası Şurasının üzvü, Beynəlxalq Qadınlar Klubunun rəhbəri Kəmalə Cəlilova Ulu Öndər Heydər Əliyev haqqında ürək sözlərini deyib.

Tədbir, Azərbaycan Dövlət filarmoniyasının Mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının və Azərbaycan Dövlət Kosert Birliyinin solisti olmuş kaman ustası
İlham Babayevin ifası ilə işinin rəsmi hissəsini yekunlaşıb.

Daha sonra qonaqlar foyedə sərgilənən Ulu Öndər Heydər Əliyevin fotoşəkilləri və tanınmış rəssam Rasim Hüseynovun rəsm əsərlərini seyr etdilər, Ulu Öndər Heydər Əliyevin Həyat və yaradıcılığı haqqında fikir mübadiləsi aparıblar.

Niderland və Azərbaycan dillərində baş tutan tədbirin qonaqları, Niderlandli iş adamları, Türk, Latviya, Ukrayna, Özbəkistan və digər ölkələrin diaspor üzvləri, həmçini Niderlandda yaşayan soydaşlarımız və təşkilat üzvləri idilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər