Ukraynanın 50 hərbçisi öldürüldü - Rusiya
Dərc olunub:
29-04-2023, 07:09
Rusiya Silahlı Qüvvələrinin “Şərq” qruplaşması Yujnodonetsk və Zaporojye istiqamətlərində bir sutka ərzində 50-dən çox Ukrayna hərbçisini öldürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Ukraynanın 12 ədəd zirehli texnikasının sıradan çıxarıldığı bildirilib.