Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidir

Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidirMərkəzi ofisi İsveç Krallığının Stokholm şəhərində yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə dünya ölkələrinin hərbi xərcələri ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda qlobal hərbi xərclərin rekord səviyyəyə çatdığı qeyd olunub.

Məlumata görə, dünya ölkələrinin ötən il orduya xərclədiyi vəsait 2,24 trilyon dollar olub. Ümumilikdə qlobal hərbi xərclər ardıcıl səkkiz ildir ki, artır.

Avrasiya.net xəbər verir ki, SIPRI 2022-ci ildə Azərbaycanın əvvəlki illə müqayisədə hərbi xərclərini artırdığını açıqlayıb.

Ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin payına görə Azərbaycan dünyada 8-ci yerdədir. Belə ki, Azərbaycan ÜDM-nin 4.5%-ni orduya xərcləyir. Bu siyahıda birinci yeri Ukrayna tutur. Kiyev ÜDM-nin 34%-ni hərbi xərclərə ayırıb.

SIPRI-nin məlumat bazasında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2022-ci ildə 3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 10%-dən çox artım deməkdir.

Region ölkələrindən Ermənistanda hərbi xərclər 795 milyon dollar, Gürcüstanda 360 milyon dollar təşkil edib. Bu ölkələr müvafiq olaraq ÜDM-nin 4.3 və 1.4% hissəsini orduya xərcləyiblər.

Buradan məlum olur ki, Azərbaycanın hərbi xərcləri Ermənistandan 3.7 dəfə çoxdur. Azərbaycan bu sahədə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər