Sizin Reklam Burada

Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin geniş müsahibəsi dərc olunub

Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin geniş müsahibəsi dərc olunubMisirin nüfuzlu "Alwafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.

Tədqiqatçı-alim Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışıb. O diqqətə çatdırıb ki, Azərbaycanda çoxlu sayda ərəb adını daşıyan kəndlərin olması xalqlarımız arasında tarixi əlaqələrin bariz nümunələrindən biridir. Son illərdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiyini qeyd edən S.Nəsirov söyləyib ki, bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri bu əlaqələrin daha da inkişafına böyük töhfə verib.

S.Nəsirov bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Azərbaycanın sadəcə bu gün deyil, qədimdən çoxsaylı xalqların firavan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olub. Burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirilir.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan Seymur Nəsirov diqqətə çatdırıb ki, Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 42 ölkədən 450-ə yaxın tələbə ödənişsiz təhsil alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər