Sizin Reklam Burada

“İran İsrailə hücum etmək üçün terror təşkilatları ilə əlaqə qurur” - ABŞ mediası

“İran İsrailə hücum etmək üçün terror təşkilatları ilə əlaqə qurur” -ABŞ-ın aparıcı qəzetlərindən olan Wall Street Journal (WSJ) İranın İsrailə hücum etmək üçün Livanın “Hizbullah”, Fələstinin “Həmas” və “İslami Cihad” təşkilatları ilə əlaqə qurduğunu yazıb.

Adı açıqlanmayan mənbələr bildiriblər ki, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ötən həftə “Həmas”, “Hizbullah” və “İslami Cihad” terror qruplaşmalarının liderləri ilə görüşmək üçün gizli şəkildə Livana gedib. Görüş İranın Beyrutdakı səfirliyində keçirilib.

Məlumatda həmçinin qeyd olunub ki, İ. Qaani “Həmas” lideri İsmayıl Hani, onun müavini Salih Aruri, həmçinin “Hizbullah”ın baş katibi Həsən Nəsrullahla görüşüb və İsrailə hücumla bağlı məsələni müzakirə edib.

WSJ iddia edib ki, Tehranın əsas məqsədi regiondakı digər ölkələrin İsraillə diplomatik əlaqələr qurmasının qarşısını almaqdır.

Qəzet həmçinin şərh edib ki, bu, həm də Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymanini əvəz edən İ. Qaaninin regionda təsirinin artdığını göstərir.

Nəşr İ.Qaaninin Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında diplomatik əlaqələri bərpa etməsini nümunə göstərib. İddia edilib ki, 7 ildən sonra Tehran ilə Ər-Riyad rəhbərliyinin barışmaq istəyi İsrail lideri Benjamin Netanyahunun xarici siyasət strategiyasına böyük zərbə vurub.

AzPolitika.info

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər