Sizin Reklam Burada

Norveç casusluqda ittiham olunan 15 rusiyalı diplomatı ölkədən çıxarır

Norveç casusluqda ittiham olunan 15 rusiyalı diplomatı ölkədən çıxarırNorveçin paytaxtı Osloda Rusiya səfirliyində çalışan 15 diplomat "casusluq" iddiası ilə deportasiya edilir.

"Unikal" xəbər verir ki, xarici işlər naziri Anniken Huitfeldt verdiyi açıqlamada qərarın "Rus kəşfiyyatının Norveçdəki təsir dairəsini daraltmaq və bununla mübarizə aparmaq və bununla da milli maraqları təmin etmək üçün mühüm tədbir" olduğunu bildirib .

“Persona non qrata” elan edilən 15 rus diplomatın ən qısa zamanda ölkəni tərk etməli olduğunu vurğulayan Huitfeldt, “Norveçə viza üçün müraciət edən kəşfiyyat işçilərinə viza verməyəcəyik” -deyə bildirilib.

Huitfeldt, hökumətin konkret bir hadisəyə əsaslanaraq qərar verib-verməməsi ilə bağlı təfərrüatları açıqlamayıb və ölkənin Daxili Kəşfiyyat Xidməti PST-nin mövzu ilə bağlı lazımi açıqlama verəcəyini bildirib.

Qovulan diplomatların fəaliyyətinin "diplomatik statusları ilə uyğun gəlmədiyi" bildirilsə də, Huitfeldt, "Söhbət adi diplomatlardan yox, diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçılardan gedir" deyib.

Norveç keçən il kəşfiyyatçı olduqları iddiası ilə üç rus diplomatı ölkədən çıxarmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər