Polşaya NATO-nun minlərlə hərbi texnikası gətirilir
Dərc olunub:
11-04-2023, 14:34
Polşadakı NATO anbarlarında minlərlə hərbi texnika saxlanacaq.
Bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Baş nazirin sözlərinə görə, Polşada NATO-nun şərq cinahının arxa cəbhəsi yaradılacaq:
“Bir neçə min NATO hərbi texnikası Povidzedə və Polşanın bəzi digər ərazilərində saxlanılacaq. Bu tanklar, piyadaların döyüş maşınları (PDM) NATO-nun şərq cinahını tez bir zamanda aktivləşdirəcək müxtəlif növ silahlardır”, - o bildirib.