Sizin Reklam Burada

130 konqresmen SEPAH-la bağlı AB-yə məktub yazdı

130 konqresmen SEPAH-la bağlı AB-yə məktub yazdıABŞ Konqresinin 130 demokrat və respublikaçı üzvü Avropa Birliyinin xarici siyasət rəhbəri Jozep Borrellə məktub yazıb.

Avrasiya.net xəbər verir ki, məktubda Avropa Birliyindən SEPAH-ı terrorçu qruplar siyahısına salmaq tələb edilib.

Məktubu imzalayanlar son beş ildə İranın Avropada vətəndaşları qaçırmaq, öldürmək və ya onlardan casusluq etmək üçün azı 33 əməliyyat təşkil etdiyini göstərən araşdırmanın nəticələrinə istinad edib.

“İran hələ də terroru dəstəkləyən ölkədir. Onilliklər ərzində SEPAH sərbəst və açıq şəkildə Avropa Birliyi ölkələrinin vətəndaşlarını hədəfə almaq üçün planlar qurub”, - məktubda qeyd edilib.

Konqresmenlər SEPAH-ın İranda etiraz aksiyaları zamanı yüzlərlə insanın öldürülməsində və etirazçılara qarşı repressiyalarda əli olduğunu da bildiriblər.

Konqres üzvləri həmçinin vurğulayıblar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində mülki ukraynalıların ölümünə səbəb olan pilotsuz təyyarələrin Rusiyaya verilməsində SEPAH əsas rol oynayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər