Sizin Reklam Burada

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlibMisir-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Dostluq Cəmiyyətinin təsisçiləri, səfirliyin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxış edərək Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin 2023-cü ilin yanvar ayında Azərbaycana səfərini ölkələrimiz arasında münasibətlərin və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi adlandırıb. O bildirib ki, iki ölkə arasında dostluq əlaqələri qədim tarixə söykənir və xalqlarımızı bir-birinə böyük hörmət və doğmalıq hissləri bağlayır. Bütün sahələrdə hiss olunan inkişafın yaxın gələcəkdə daha da yüksələn xətlə davam edəcəyini vurğulayan diplomat, bu il elmi sahədə iki ölkə arasında bir sıra anlaşmaların, müqavilələrin həyata keçiriləcəyinin gözlənildiyini söyləyib.

O, diasporumuzun keçirdiyi tədbirlərdə Azərbaycan icması ilə birlikdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Səfir Azərbaycanın dostlarının Misirdə ölkəmizin təbliğ edilməsində böyük rol oynadıqlarını bildirib.

Tədbirdə çıxış edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Azərbaycan diasporunun iki xalq arasında münasibətlərin inkişafına böyük töhfələr verdiyini nəzərə çatdırıblar.

Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 42 ölkədən 450-ə yaxın gənc ödənişsiz təhsil alır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər