Sizin Reklam Burada

ABŞ və Almaniya Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxıbla

ABŞ və Almaniya Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxıblaNATO ölkələri Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı konsensusa gələ bilməyib.

Bu barədə məlumatlı mənbələrə istinadən Financial Times məlumat yayıb. Məlumatlara görə, Kiyevlə əlaqələrin dərinləşməsinə xüsusilə ABŞ, Almaniya və Macarıstan qarşı çıxır.

ABŞ, Almaniya, Macarıstan Polşa kimi ölkələrin, eləcə də Baltikyanı ölkələrin Kiyevə NATO ilə daha dərin əlaqələr təklif etmək və onun gələcək üzvlüyünə açıq dəstək ifadələri vermək səylərinə müqavimət göstərir .

Nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, bu həftə Alyansa daxil olan ölkələrin xarici işlər nazirləri Ukrayna ilə bağlı təklif variantlarını müzakirə ediblər. Nəticədə 2023-cü ilin iyuluna planlaşdırılan Vilnüs sammitinin Kiyevə Bloka üzvlük üçün yol xəritəsi təklif edib-etməməsi ilə bağlı xeyli fikir ayrılığı yaranıb. Xüsusilə ABŞ bu təklifə qarşı çıxıb. FT-yə görə, Vaşinqton ölkəyə hərbi, maliyyə və humanitar yardıma diqqət ayırmağa çağırır.

Bundan əvvəl Litva Seymi qərar qəbul edib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı Bloka qoşulmağa rəsmən dəvət etmək lazımdır. Eyni zamanda, parlamentin beynəlxalq məsələlər komitəsinin sədri Jigimantas Pavilenis Rusiyanın Kiyevin Alyansa daxil olmasına veto qoymaq hüququna malik olmadığını vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksiy Arestoviç bildirib ki, ölkə 2023-cü ilin iyulunda NATO-ya qəbul edilə bilər. O, bunun Alyansın Vilnüsdə keçiriləcək sammitində baş verə biləcəyini qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər