ABŞ-ın Suriyadakı bazası atəşə tutuldu
Dərc olunub:
25-03-2023, 08:09
Suriyanın şimal-şərqində Əl-Ömər qaz yatağında yerləşən ABŞ-ın Yaşıl Kənd bazası raket atəşinə məruz qalıb.
Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü mayor Con Mur məlumat verib.
Onun sözlərinə görə, atəş nəticəsində ölən olmayıb. Zərbə ABŞ-ın İrana bağlı qruplara hücumundan sonra baş verib.