Sizin Reklam Burada

Vladimir Putin Braziliyada həbs oluna bilər

Vladimir Putin BraziliyadaRusiya Prezidenti Vladimir Putin Braziliyaya səfər etsə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən order əsasında həbs oluna bilər.

Bu barədə “Report” Braziliyanın xarici işlər naziri Mauro Vieyranın bəyanatına istinadən xəbər verir.

“Beynəlxalq Cinayət Məhkəməsi üzvü olan ölkəyə səfər edən hər kəs problemlərlə üzləşə bilər, buna şübhəm yoxdur”, - deyə nazir bildirib. Nazir Putinin ölkədə həbs olunmasının mümkünlüyünü bildirib, lakin əlavə edib ki, onun bu məsələ ilə bağlı rəsmi mövqeyi yoxdur.

Onun sözlərinə görə, Braziliya Beynəlxalq Cinayət Məhkəməsi qaydalarına hörmət edir və onlara əməl edir. O, ölkəsinin Rusiyanın Ukraynaya təcavüzünü pislədiyini də xatırladıb.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər