NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib

NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edibRusiya Federasiyasının tammiqyaslı müharibəsinin başlandığı 2022-ci ildən Ukrayna Şimali Atlantika Alyansına üzv dövlətlərdən təxminən 120 milyard dollar məbləğində maliyyə, humanitar və hərbi yardım alıb.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Ukrayna Naminə Alyansa üzv olan ölkələrin bu cür dəstəyini misilsiz adlandırıb.

"Amerika Birləşmiş Ştatları ən böyük milli donor olsa da, Avropa ölkələri və Kanada ümumi yardımın yarıdan çoxunu təmin edib", - Stoltenberq bildirib.

NATO-nun baş katibi həmçinin əlavə edib ki, Avropa dövlətləri təxminən beş milyon ukraynalı qaçqını qəbul edib.

“Avropa və Şimali Amerika Rusiyaya qarşı misli görünməmiş iqtisadi sanksiyaların tətbiqinə davam edir ki, bu da Şimali Amerika və Avropa ölkələrinin möhkəm birliyinə dəlalət edir”, - NATO-nun baş katibi vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər