Sizin Reklam Burada

BAK Niderlandda Novruz şənliyi təşkil edib - Fotolar

BAK Niderlandda Novruz şənliyi təşkil edib -Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Novruz Bayramı şənliyi təşkil edilib.

Şənliyin rəsmi hissəsini açıq elan edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qonaqları salamlayıb.

İlk növbədə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Öz çıxışında, o, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatlarını itirmiş insanlar da yad edib.

Ümumi türk dünyasının birliyi , türk xalqları arasında mədəni və irsi bağlılıqlar haqqında söz açan Elsevər bəy, bu əlaqələrin Avropada yaşayan türk xalqları üçün önəmli olduğunu vurğulayıb.

O, qonaqları və bütün türk dünyasını Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə ən xoş arzular diləyib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı dəvət alaraq çıxışında hər kəsi bu gözəl bayram münasibətilə təbrik edib.

Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva öz ürək sözlərini və təbriklərini xalqımıza və qonaqlara çatdırıb.

Hollanda Azərbaycan Türk kültür mərkəzinin rəhbəri İlhan Aşkın çıxış edərək hər iki milləti, Azərbaycan və Türkiyə xalqını bayram münasibətilə təbrik edib.

Benilüks Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan qolunun təmsilçisi Araz Ataxan da öz nitqində böyük və mütəşəkkil Azərbaycan diyarının və xalqının bayramını təbrik edib.

Versaar Türk İslam Mədəniyyət mərkəzinin rəhbəri Muammar Bilgişli plaketlə və Rotterdam şəhər bələdiyyəsinin nümayəndəsi Ahmet Gezer BAK sədri tərəfindən Qarabağ İdman klubuna məxsus köynəklə təltif olunublar.

Sonra, BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftə sonu “Ana dili məktəbi” nin rəhbəri Zərifə Süleymanovanın və “Körpə Fidanlar” musiqili teatr grupunun rəhbəri Sima Cəfərova və Nigar Cəfərlinin təşkil etdiyi proqram qonaqlar tərəfindən cox bəyənilib.

Şənlikdə, Niderland Krallığında fəaliyyət göstərən icma və təşkilatların üzvləri, Cənubi Azərbaycanlı soydaşlarımız, türk icması və müxtəlif ölkələrdən təşrif buyurmuş qonaqlar iştirak ediblər.

Qonaqlar, Novruz süfrəsi və musiqili qonaqların nəğmə töhfəsindən bəhrələnərək gözəl bir şənlik keçiriblər.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər