Ərdoğan Finlandiyanın NATO üzvlüyünə RAZILIQ VERDİ
Dərc olunub:
17-03-2023, 18:57
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək.
Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında məlumat verib.
Prezident qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində prosedur başlayacaq. Türkiyə prezidenti, həmçinin Finlandiyanın NATO-ya töhfə verəcəyini söyləyib.
Ərdoğan, eyni zamanda İsveçin NATO-ya üzv olmasının onun hərəkətlərindən asılı olacağını bildirib.