Sizin Reklam Burada

Türk Birliyinin möhkəmlənməsi zamanın tələbidir

Türk Birliyinin möhkəmlənməsi zamanın tələbidir “Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanımız var. Tarixi inkişafların türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var".

Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı brifinqdə bildirib.

Gerçəkdən bu toplantıda Türk dövlətlərinin regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfələri çox dəqiq göstərildi. Dünyada davam edən geosiyasi proseslər nəzərə alınaraq Türk dövlətləri arasında yaxın onilliklərə hədəflənən strateji istiqamətlər müəyyən edildi.

Böyük bir coğrafiyanı əhatə edəcək bu birlik iqtisadi inkişafa söykənməklə bərabər təhlükəsizlik məsələlərinin təmin edilməsi, baş verə biləcək təhlükələrin koordinasiya olunmuş şəkildə aradan qaldırılması və digər məqamları əhatə edəcək.
Dünyada sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edən bu birlik modeli hər hansı dövlətə qarşı yönəlmədiyi aydındır. Türk birliyi regionda iqdisadi inkişafa təkan verməklə bərabər təhlükəsizlik məsələlərinin təmin edilməsində həlledici amillərdən birinə çevriləcəyini ehtimal etmək olar.

Türk Dövlətləri Təşkilatının bu toplantısında səsləndirilən fikirlər simvolik xarakterli, gəlişgözəl ifadələr deyil. Ankara Zirvə görüşündə strateji əməkdaşlıq üçün real mexanizmlərin müəyyən edilməsi və tətbiqi məqamları ehtiva olundu. Azərbaycanın və Türkiyənin töhfəsillə yaradılmış bu Türk Birliyinə Mərkəzi Asiya Respublikalarının da böyük töhfələr verəcəyinə ehtimal etmək olar. Çünki dünyada gedən bütün təlatümləri nəzərə alaraq, onu demək olar ki, Türk Birliyinin möhkəmlənməsi zamanın tələbidir. Belə fürsəti qaçırmaq mümkünsüzdür.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər