Ərdoğanın Nobelə namizədliyi irəli sürülür

Ərdoğanın Nobelə namizədliyi irəli sürülürTürkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.

Avrasiya.net xəbər verir ki, Berdiməhəmmədov bu təşəbbüslə Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən sammitində çıxış edib.

O, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanla yaxından tanış olduğunu deyib:

“Türkiyə prezidenti təkcə öz xalqının deyil, bütün müsəlman xalqlarının əmin-amanlığını təmin etmək üçün böyük işlər görür. Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edir və bütün müvafiq təklifləri tam dəstəkləyirik. Ərdoğan bu beynəlxalq mükafata layiq liderdir”.

Qeyd edək ki, daha öncə Türkiyə və Macarıstan nümayəndələri də Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə çağırıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər