Sizin Reklam Burada

Aİ Ukraynaya sursat istehsalı üçün 500 milyon avro ayıra bilər

Aİ Ukraynaya sursat istehsalı üçün 500 milyon avro ayıra bilərAvropa İttifaqı (Aİ) 155 mm-lik döyüş sursatlarının istehsalı üçün Ukraynaya 500 milyon avro ayıra bilər.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Meyrid Makqinnesin bəyanatına istinadən xəbər verir.

"Aİ-nin 155 mm-lik sursat sənayesinin potensialı əhəmiyyətli olaraq qalır və istifadə edilməlidir", - bəyanatda deyilir.

Qeyd olunur ki, hazırda bütün variantlar nəzərdən keçirilir, o cümlədən, zərurət yaranarsa, Aİ büdcəsinin istifadəsinə də baxılır.

"Xüsusən, biz bu yaxınlarda ümumi satınalmalar yolu ilə Avropa müdafiə sənayesini gücləndirmək üçün aktı müzakirəyə təqdim etdik. Ona görə, qısa müddətdə 500 milyon avro lazımi mərmilərin istehsalını sürətləndirmək üçün istifadə oluna bilər", - Makqinnes izah edib.

Avropa Komissiyası həmçinin sursat istehsalını artırmaq üçün özəl şirkətlərdən vəsait cəlb etmək üçün tədbirlər görməyə hazırdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər