Sizin Reklam Burada

ABŞ Rusiyanın bioloji silah üzərində işlədiyini açıqlayıb

ABŞ Rusiyanın bioloji silah üzərində işlədiyini açıqlayıbRusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yaradılması üzərində işləməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

“Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir”, - xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Kreml öz təcavüzünə haqq qazandırmaq üçün illərdir Ukraynadakı qondarma biosilah laboratoriyaları haqqında dezinformasiya yayır. Bu məqsədlə Kremlin nəzarətində olan mətbuat, Rusiya kəşfiyyatına bağlı informasiya saytları və qondarma ekspertlər cəlb olunub:

“Bu subyektlər çoxlu sayda səslərin bir-birini təkrarlaması illüziyasını yaratmaq məqsədilə daim, damla-damla, informasiya mühitini yalançı narrativlərlə doldurmaq üçün birlikdə çalışırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər