Sizin Reklam Burada

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaqABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi deyib: “Bəli, mən bu barədə düşünürəm”.

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur.

Telekanal vurğulayıb ki, kiçik Robert Kennedi ABŞ-ın Demokratlar Partiyasından namizədliyinin irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı prezident Co Bayden noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyini bildirib.

Eyni zamanda Amerikalı iş adamı Perri Conson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq niyyətində olduğunu açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər