Sizin Reklam Burada

"Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözləyirik"

"Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözləyirik"“Qızların, qadınların təhsil almaq hüququ var. İranda tələbə qızların zəhərlənməsi faktlarına aydınlıq gətirilməsini gözləyirik”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Amerikanın Səsi”nin farsca redaksiyasının əməkdaşının İranda şagird və tələbələr arasında kütləvi zəhərlənmə ilə bağlı sualına cavabında bildirib.

O, İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib. N.Prays buna görə İranın dövlət rəsmilərini günahlandırıb: “Biz hakimiyyətin zəhərlənmə ilə bağlı hərtərəfli araşdırma aparmasını, bunun qarşısını almasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməsini gözləyirik”.

Başqa bir məlumata görə, İranda zəhərlənən şagird və tələbələrin valideynlərinin etiraz aksiyasına Tehran rejiminin hərbi-polis qüvvələri hücum edib. Bildirilib ki, mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarını vəhşicəsinə döyüblər.

İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi bu hadisə ilə bağlı sosial şəbəkə səhifəsində yazıb: “Şagirdlərin analarını döyən hakimiyyətin mülki geyimli bu qüvvələri haradan çıxır?”.

Sosial şəbəkələrdə hərbi-polis qüvvələrinin valideynlərə hücumu ilə bağlı video da yayılıb. Hüquqşünas Mohsen Burhani də bununla bağlı yazıb: “Səsini kəsmək üçün kişi polisin qadının saçını yolması, üzünə və ağzına toxunması da artıq halal olub? Siz hansı dinə və ayinə inanırsınız?”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər