Yunanıstanda iki qatar toqquşdu - 29 nəfər öldü
Dərc olunub:
1-03-2023, 08:30
Yunanıstanda sərnişin və yük qatarları toqquşub.
Avrasiya.net xəbər verir ki, bu barədə Yunanıstanın ERT1 kanalı məlumat yayıb.
Bildirilir ki, qəza zamanı sərnişin qatarının 3 vaqonu aşıb, yanğın başlayıb. Toqquşma nəticəsində 29 nəfər ölüb, 85 nəfər yaralanıb. Xilasedicilər axtarışları davam edir.
Qəza Larisa şəhəri yaxınlığındakı Tempi şəhəri yaxınlığında, Afinanın 200 km-dən çox şimal-qərbində, Evangelismos stansiyasında baş verib. 350 nəfərdən ibarət qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.