Belarusda hərbi aerodrom PARTLADILDI

Belarusda hərbi aerodrom PARTLADILDIBelarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib.

Bu barədə Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı "Bypol" kanalı məlumat yayıb.

Bildirilir ki, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib.

"Reuters" agentliyi hücumun Belarus partizanları tərəfindən törədildiyini açıqlayıb. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib.

Maçulişçi aerodromunda törədilən partlayış barədə məlumatlar Belarus və Rusiyanın hərbi kanallarında da yayılıb.

"Bypol"un rəhbəri Aleksandr Azarovun sözlərinə görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. "Partlayışı törədənlər artıq ölkədən kənara çıxıb", - deyə o qeyd edib. Bildirib ki, bir neçə aydır hücuma hazırlıq gedirdi.

"Bypol" 2020-ci ilin sonunda Belarusda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etirazlar fonunda ölkənin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təsis edilib. Belarus Ali Məhkəməsi onu terror təşkilatı kimi tanıyıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər