G7 Ukraynaya 39 milyard dollar ayıracaq
Dərc olunub:
25-02-2023, 09:30
Böyük Yeddilik (G7) ölkələri Ukraynaya dəstək üçün 39 milyard dollar maliyyə yardımı ayıracaq.
Bu barədə Almaniya kansleri Olaf Şolts G7-nin videokonfrans formatında keçirilən görüşündən sonra bildirib.
“Ukraynaya siyasi, humanitar, maliyyə, eləcə də silah tədarükü baxımından lazım olan müddətdə dəstək verəcəyik", - deyə Şolts vurğulayıb.