star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

KİV: Britaniya Ukraynaya silah almaq üçün gizli qrup yaradıb

KİV: Britaniya Ukraynaya silah almaq üçün gizli qrup yaradıbBöyük Britaniya dünyanın müxtəlif ölkələrindən Ukrayna üçün silah almaq məqsədilə gizli işçi qrupu yaradıb.

“Report” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Qəzet əlinə keçən müəyyən bir sənədə və adı açıqlanmayan mənbələrə istinad edir. Nəşrdə qrupun işi ilə bağlı heç bir təfərrüat verilmir.

Qeyd olunub ki, hazırda Qərb dövlətləri də özlərinin ehtiyatlarının tükənməsi fonunda Ukraynanı silah və sursatla təmin etmək üçün müxtəlif səylər göstərirlər.

Bildirilib ki, Rusiya istehsalı olan sursatların axtarışına xüsusi diqqət yetirilir, çünki Ukrayna ordusunun əhəmiyyətli bir hissəsi hələ də müvafiq silahlardan istifadə edir.

Xüsusilə, Bolqarıstanda Sovet İttifaqı dövründə tikilmiş zavodlardan silah istehsalı xeyli artıb. Nəticədə 2022-ci ildə Bolqarıstandan silah ixracı 3 milyard dolları ötüb ki, bu da 2019-cu illə müqayisədə beş dəfə çoxdur. Qəzet silah və sursatın böyük hissəsinin Ukraynaya getdiyini ehtimal edir.

ABŞ nümayəndələri həmçinin Bosniya və Herseqovina və Serbiyadakı müəssisələri sovet tipli sursat istehsalına cəlb etməyə çalışırlar. İlk növbədə, söhbət artilleriya mərmilərindən gedir. Çexiya kimi bir neçə ölkə sovet dövründən qalan bu sursat ehtiyatlarını artıq Ukraynaya verib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər