İsrail HƏMAS-ın bazalarını darmadağın etdi
Dərc olunub:
23-02-2023, 10:40
İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endirib.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a məxsus silah istehsalı müəssisəsi və hərbi kompleksə hücum edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, zərbələrin endirildiyi silah istehsalı obyekti Qəzzanın mərkəzində, hərbi kompleks isə şimalında yerləşir.