Sizin Reklam Burada

Ukrayna və Əfqanıstan müharibələri - tarix təkrarlanacaq?

Ukrayna və Əfqanıstan müharibələri - tarix təkrarlanacaq?Zaur İbrahimli
siyasi ekspert


Rusiya prezidentinin Federasiya Şurasına müraciəti, amerikalı həmkarının isə Kiyev və Varşavada çıxışı göstərdi ki, Ukrayna müharibəsinin uzanması ehtimalı böyükdür. Tarix yenidən qlobal Şərq-Qərb qarşıdurmasına şahidlik edə bilər. Bu fonda 1979-89-cu illər Əfqanıstan müharibəsi də gözümüz önündə canlanır.

Onun sözlərinə görə, həm geosiyasi mənzərədə, həm əsas münaqişə tərəflərinin məqsədləri və bu ölkələr daixlindəki siyasi qüvvələrin mövqeyində çox oxşarlıq var.

Sovet İttifaqı Əfqanıstanı niyə işğal etdi?

Zaur İbrahimli hesab edir ki, beynəlxalq vəziyyət, ABŞ və müttəfiqləri ilə münasibətlərin pisləşməsi SSRİ-nin Əfqanıstanda hərbi əməliyyata başlamaq qərarında əsas rol oynayıb:

“Amerika Konqresi strateji silahların məhdudlaşdırılması haqqında müqavilə layihəsini rədd etdi və 1979-cu ilin sonunda NATO SSRİ ərazisinə çata bilən "Perşinq" raketlərini Qərbi Almaniyada yerləşdirmək qərarına gəldi. Sovet İttifaqının rəhbərliyi hesab edirdi ki, belə bir durumda Əfqanıstana tam nəzarətin əldə edilməsi tərəflər arasında balansı bərpa edəcək. Siyasi Büronun qoşunların göndərilməsi haqda qərarı “Perşinq”lərin yeridilməsi ilə eyni gündə qəbul edildi. Amma SSRİ rəhbərliyi təkcə ABŞ-ın təsirindən qorxmurdu.

1979-cu ilin fevralında Əfqanıstanla həmsərhəd olan İranda islam inqilabı qələbə çaldı və İran din xadimləri ölkədə SSRİ-yə yaxın hakim qüvvələrə qarşı ilk üsyanları fəal şəkildə dəstəklədilər. SSRİ-də belə hesab olunurdu ki, Hafizullah Əmininin radikal siyasəti islamçıların nüfuzunu artırıb, ona görə də onu tez bir zamanda dayandırmaq lazım gəlirdi.

Sovet İttifaqı rəhbərliyində güclə həll yolunun üç tərəfdarı vardı: DTK sədri Yuri Andropov, müdafiə naziri Dmitri Ustinov və xarici işlər naziri Andrey Qromıko. Nazirlər Sovetinin sədri Aleksey Kosıgin bunun qəti əleyhinə idi. O, partiyanın (Sov.İKP MK) Siyasi Bürosunun 12 üzvü arasında yeganə şəxs idi ki, qoşunların göndərilməsi qərarını imzalamamışdı, bu da onun qaçılmaz olaraq istefaya göndərilməsinin səbəblərindən biri olmuşdu. Həlledici sözü Leonid Brejnev deməli idi. Sonradan onun bəzi köməkçiləri dedilər ki, o vaxta qədər baş katibin səhhəti o qədər pisləşib ki, ola bilsin, onun əməllərindən tam xəbəri olmayıb”.

Ekspert qeyd edib ki, SSRİ Əfqanıstanda strateji maraqlarını qoruduğuna inanırdı və özünü cənubdan potensial hücumdan qorumağa çalışırdı:

“Təbii ki, Qərb və ABŞ-da situasiyaya münasibət fərqliydi. Əfqanıstanda kommunist rejiminin yaradılması orada SSRİ-nin təsir dairəsini genişləndirmək cəhdi kimi qiymətləndirildi. Bu da Amerikanın Vyetnamdakı məğlubiyyəti, “Uotergeyt” qalmaqalı və Avropada solçu terroru fonunda baş verirdi. Qərb dünyası həmişəkindən daha qeyri-sabit görünürdü. Əfqanıstandakı sovetyönlü hakimiyyət orqanlarına düşmənçilik baş verənlərə onu da əlavə etdi ki, onların hakimiyyəti dövründə Amerika səfiri Adolf Dabs orada öldü. Səfir radikal yaraqlılar tərəfindən qaçırılmışdı, qurtarma əməliyyatı zamanı öldürülmüşdü.

Bununla yanaşı, ABŞ-ın Sovet ordusunun “Vyetnam kabusu”na məruz qalması, Şərqi Avropaya nəzarətinin zəiflədilməsi məqsədilə SSRİ-ni qəsdən Əfqanıstan münaqişəsinə sürükləməsi fikri də geniş yayılmışdı. Bu fonda sovet rəhbərliyi çox vaxt “siyasi təxribatın qurbanı” kimi təqdim olunurdu. Bu versiyanı dəstəkləmək üçün ABŞ prezidenti Cimmi Karterin müşaviri Zbiqnev Bjezinskinin 90-cı illərin ortalarında “Biz rusları işğala məcbur etməmişik, amma bu ehtimalı bilərəkdən artırmışıq” fikrinə istinad edirdilər.

Beləliklə, Vaşinqton və Moskva arasındakı gərginlik və artan rəqabətin siyasi-diplotik yollarla həll edilməyəcək dərəcədə kəskinləşməsi Əfqanıstan müharibəsinə yol açmışdı. Tərəflər o qənaətə gəlmişdilər ki, yaranmış imkanalardan rəqibi tam zəiflətmək və təslim etmək üçün maksimum yararlanmaq, hətta silahları da işə salmaq vacibdir.

Tarix başqa formada, amma oxşar məzmunda təkrarlanır və ruslar yenidən Çar Putinin 23 illik təkbaşına hakimiyyətindən sonra yenidən sarsıntıarla üzləşərək, əzablı yolçuluğa davam edəcəklər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər