Sizin Reklam Burada

Niderland 17 rusiyalı diplomatı ölkədən çıxarır

Niderland 17 rusiyalı diplomatı ölkədən çıxarırNiderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Yan Svillens fevralın 20-də bildirib ki, iki ölkənin diplomatik işçilərinin sayının bərabərləşdirilməsi çərçivəsində Rusiyadan olan 17 diplomat Niderlandı tərk etməli olacaq.

Xatırladaq ki, Niderland hakimiyyəti diplomatik nümayəndələrin sayının bərabərləşdirilməsini fevralın 18-də elan etmişdi. Bu uyğunlaşdırmadan sonra Haaqada işləyən rusiyalı diplomatların sayı Moskvadakı niderlandlı diplomatların sayına bərabər olacaq.

Niderlandı tərk etməli olanların işlərini yığıb təhvil vermək üçün iki həftə vaxtları var.

İşçilərin sayını bərabərləşdirməklə yanaşı, Niderland hakimiyyəti Rusiyanın Amsterdamdakı ticarət nümayəndəliyinin bağlandığını elan edib. Təmsilçilik artıq fevralın 21-də öz işini dayandırmalıdır.//Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər