Sizin Reklam Burada

Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaqBu gün Almaniyada 59-cu Münhen Təhlükəsizlik Konfransı işə başlayır.

“Report” xəbər verir ki, konfrans panellərindən biri Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunub.

Belə ki, fevralın 17-də “Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi” mövzusunda panel müzakirəsi keçiriləcək. Bu panel müzakirəsində ATƏT-in Baş katibi Helqa Şmid və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirakı gözlənilir.

Konfrans zamanı həmçinin Ukraynadakı müharibə, enerji və su təhlükəsizliyi məsələləri, iqlim dəyişikliyi ilə mübarizə və digər aktual mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və başqaları Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər.

Münhen Təhlükəsizlik Konfransı fevralın 19-da başa çatacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər