Sizin Reklam Burada

"İtaliya bizim strateji tərəfdaşımızdır"

"İtaliya bizim strateji tərəfdaşımızdır"“İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 13 fevral 2023-cü il tarixində “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı vurğulamışdır.

Cənab Prezident çıxışında Azərbaycan-İtaliya münasibətlərindən danışaraq qeyd etdi ki, hər iki dövlət arasında bütün sahələri əhatə edən əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Məhz bu əlaqələrin məntiqi nəticəsi olaraq deməliyik ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Hazırda İtaliya bizim strateji tərəfdaşımızdır. Ötən müddət ərzində İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bundan əlavə iki dövlət arasında dövlət başçıları səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır. Səfərlər çərçivəsində Azərbaycanla İtaliya arasında müxtəlif sahələri əhatə edən imzalanmış sənədlər əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə gətirib çıxarmışdır.

Məlumat üçün qeyd etməliyik ki, Azərbaycanla İtaliya dövləti arasında əlaqələrinin yaşı bir əsrdən artıqdır. Hələ ötən əsrin əvvəllərində cəmi 23 ay fəaliyyəti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də iki ölkə arasında bir sıra sahələr üzrə münasibətlər mövcud olub. Sovet imperiyasının dağılmasından sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini İtaliya Respublikası 1992-ci il yanvar 1-də tanımış və iki dövlət arasında diplomatik əlaqələrin qurulması isə 1992-ci ilin may ayının 8-də baş verib.

Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə son illər Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafında energetika sahəsində əməkdaşlıq əsas yer tutur. Belə ki, hazırda Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına ixrac edlir və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Bu istiqamətdə həyata keçirilən Cənub Qaz Layihəsi bizim birgə ən böyük uğurumuzdur. Dünyanın mövcud geosiyasi vəziyyəti fonunda reallaşacaq layihələr nəticəsində Avropa üçün etibarlı tərəfdaş olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında böyük rol oynayacaqdır. Məhz bu baxımdan cənab Prezidentin qeyd etdiyi kimi İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın, o cümlədən Avropanın maraqlarını təmin edir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər