Sizin Reklam Burada

Almaniyada deportasiyadan yayınan azərbaycanlılar saxlanıldı

Almaniyada deportasiyadan yayınan azərbaycanlılar saxlanıldıAlmaniya növbəti dəfə Azərbaycan respublikası vətəndaşlarının kütləvi deportasiyasını həyata keçirəcək.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, ölkənin Şimali Reyn Vestfaliya əyalətindən baş tutacaq deportasiya prosesində 40-a yaxın Azərbaycan vətəndaşının göndərilməsi nəzərdə tutulur.

Düsseldorf şəhər Polis Təşkilatından verilən məlumata görə, ötən gün həmin şəxslər Almaniyada saxlanılıb, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər. Ancaq bu zaman deportasiyadan yayınmaq istəyən iki azərbaycanlı yaşadıqları yataqxananı icazəsiz olaraq tərk edib.

Yataqxana rəhbərliyi polisə məlumat verib. Həmin şəxslər Koblenz şəhərinə gedən qatarda polis tərəfindən saxlanılaraq, yerli miqrasiya idarəsinə təhvil veriliblər. Onlar bir ailənin 42 və 25 yaşlı üzvləridir.

Məlumat üçün bildirək ki, ötən həftə Almaniya Federal Daxili İşlər Nazirliyi və Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə sığınacaq müraciəti qəbul edilməyən və haqqında deportasiya qərarı olan şəxslərin geri göndərilməsi prosesini sürətləndirmək haqqında qərar qəbul ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər